Dünya

Kiyevdə partlayışlar: Rusiya ordusu Xarkovu mühasirəyə almağa çalışır

6 Mart 2022 09:42
0 Şərh     Baxış: 2 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 6-da, yerli vaxtla saat 00:00-da (Bakı vaxtı ilə saat 02:00) Ukrayna paytaxtının bir neçə rayonunda partlayış səsləri eşidilib.

Milli.Az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə hazırda Kiyevdə olan şahidlər məlumat veriblər.

Şəhərdə hava həyəcanı xəbərdarlığı elan edilib. Bütün paytaxt sakinləri dərhal sığınacaqları çağırılıb.

Ukrayna ordusunun Baş Qərargahından verilən məlumata görə, Rusiya ordusu aviasiyanın dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir və yüksək dəqiqlikli silahlardan istifadə edir. Rusiya hərbçiləri əsas səylərini Kiyev və Xarkov şəhərlərinin mühasirəyə alınmasına yönəldiblər. Bundan əlavə, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərindəki inzibati sərhədlərə çatmaq və Krımla daha da quru dəhlizi yaratmaq niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.