Dünya

Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilib

2 Mart 2022 09:16
0 Şərh     Baxış: 1 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstan parlamentin aşağı palatası sabiq prezident Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Dariqa Nazarbayeva şəxsən bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Deputatlar yekdilliklə onun səlahiyyətlərinə xitam verilməsinə səs veriblər.

58 yaşlı Dariqa Nazarbayeva 2021-ci ilin yanvarın deputat idi.

Müxtəlif illərdə o, Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri, Baş nazirini müavini və s. vəzifələrdə çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.