Qazaxıstanın hakim "Nur Otan" partiyasının adı dəyişdirilib.
Milli.Az "report"-a istinadən bildirir ki, partiyanın yeni adı "Amanat" olub.
Qeyd edək ki, Qazaxıstan parlamentinin aşağı palatasının spikeri Yerlan Koşanov qurultayda partiyanın adının dəyişdirilməsini təklif edib. Partiyanın başqanı, dövlət başçısı Kasım-Jomart Tokayev bu təşəbbüsü dəstəkləyib.
Milli.Az