Dünya

Türkiyə Montrö Konvensiyasını şəffaf şəkildə yerinə yetirəcək - Çavuşoğlu

27 Fevral 2022 20:07
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Qara dənizə keçidlə bağlı beynəlxalq paktı həyata keçirəcəyini bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yerli KİV-ə müsahibəsində nazir Türkiyənin Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə həyata keçirəcəyini bildirib.

1936-cı il Montrö Konvensiyasına əsasən, Türkiyə Aralıq dənizi və Qara dənizləri birləşdirən Bosfor və Dardanel boğazlarına nəzarət edir. Bu pakt Ankaraya hərbi gəmilərin keçidini tənzimləmək və müharibə zamanı yaxud hər hansı bir təhlükə yarandığı zaman boğazları xarici hərbi gəmilərə bağlamaq səlahiyyəti verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.