Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Qara dənizə keçidlə bağlı beynəlxalq paktı həyata keçirəcəyini bildirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, yerli KİV-ə müsahibəsində nazir Türkiyənin Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə həyata keçirəcəyini bildirib.
1936-cı il Montrö Konvensiyasına əsasən, Türkiyə Aralıq dənizi və Qara dənizləri birləşdirən Bosfor və Dardanel boğazlarına nəzarət edir. Bu pakt Ankaraya hərbi gəmilərin keçidini tənzimləmək və müharibə zamanı yaxud hər hansı bir təhlükə yarandığı zaman boğazları xarici hərbi gəmilərə bağlamaq səlahiyyəti verir.
Milli.Az