Dünya

"Rusiyanın Ukraynaya hücumu strateji səhvdir"

25 Fevral 2022 22:30
0 Şərh     Baxış: 1 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiyanın Ukraynaya hücumu dəhşətli strateji səhvdir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib. O, dünyanın bu hücuma görə Rusiyanı qınadığını bildirib: "Rusiya bu hücumun ağır siyasi və iqtisadi bədlini ödəyir və ödəyəcək, bu hücuma görə məsuliyyət daşıyacaq. Biz Ukraynanı dəstəkləyirik, bu istiqamətdə bir sıra addımlar atırıq və daha çoxunu etməliyik. Rusiya xalqı bilməlidir ki, bu müharibə onların ölkəsini təhlükəsiz etməyəcək, Rusiya hörmət qazanmayacaq, əksinə təcrid olunur və olunacaq, Rusiya vətəndaşları öz övladlarının gələcəyini düşünməlidir".

NATO Baş katibi deyib ki, hərbi blok müdafiə planını aktivləşdirib.

"Yalnış hesablamalar və anlaşmalar olmamalıdır. Biz hər bir müttəfiqimizi qoruyuruq və NATO ərzisinin hər qarşışını qoruyuruq. Havadan, dənizdən və qurudan mütün qüvvələrimiz hazırlıqlı vəziyyətdədir", - Stoltenberq deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.