Dünya

Rus ordusunu dayandırmaq üçün özünü partlatdı - FOTO

25 Fevral 2022 22:20
0 Şərh     Baxış: 2 494
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynalı hərbçi Vitali Skakun Volodimiroviç Xerson vilayətinin Heniçesk şəhərinə doğru irəliləyən Rusiya tanklarını dayandırmaq üçün özünü partladıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ukrayna Ordusu Heniçesk körpüsündə baş verən partlayışın düşmənin hərəkətini əhəmiyyətli dərəcədə yavaşlatdığını bildirib.

Silahlı Qüvvələrin rəsmisi bildirib ki, cəsur mühəndis körpünü minalarla təchiz etmək kimi təhlükəli missiyanı yerinə yetirmək üçün könüllü olub.

Bura Rusiyanın ilhaq etdiyi Krımla Ukraynanı birləşdirən əsas strateji nöqtədir.

"Körpü minalanıb, lakin Vitali oradan uzaqlaşa bilməyib", - Silahlı Qüvvələrin Baş Qərargahından bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.