Dünya

Kiyev mühasirəyə alınır, körpülər partladılır - FOTO

25 Fevral 2022 09:15
0 Şərh     Baxış: 3 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Ukraynaya yeridilmiş kontingenti Çernobıl zonasından Kiyevə doğru hərəkət edir.

Milli.Az UNİAN-a istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında belə deyilir.

"Ən ağır gün bu gün olacaq. Rusiya ordusunun tank dəstələri İvankov və Çerniqov istiqamətlərdən paytaxt Kiyevə doğru hərəkət edirlər. Kiyev yaxınlığındakı İrpen çayı üzərindəki körpü partladılıb. Daha bir neçə körpü də sıradan çıxarılıb. Bu səbəbdən Rusiyanın tankları Qostomelə dönüblər", - açıqlamada vurğulanıb.

Ukrayna hərbçilərinin dediklərinə görə, Rusiya qoşunları paytaxt Kiyevi mühasirəyə alırlar.

Rusiya hərbçiləri isə körpülərin partladılması şəraitində ponton keçidləri quraşdırmağa başlayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.