Dünya

Avropaya qaçan nüfuzlu qanuni oğru saxlanılaraq Rusiyaya gətirilib - FOTO

24 Fevral 2022 17:06
0 Şərh     Baxış: 1 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliya cinayətkar iyerarxiyada yüksək status daşıyan Stepan Furmanı("Stapa Murmanski") Rusiyaya ekstradisiya edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumatı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

"Rusiya Daxili İşlər Nazirliyinin və Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Rusiya Federasiyasının vətəndaşı Stepan Furman Portuqaliyadan ekstradisiya edilib. Tarixdə ilk dəfə olaraq bir Avropa ölkəsi cinayətkar iyerarxiyada yüksək status daşıyan şəxsi Rusiyaya ekstradisiya edib", - Rusiya Daxili İşlər yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, "Stapa Murmanski" 1990-cı illərdə Rusiya regionlarında cinayətkar aləmə nəzarət edib və yerli mütəşəkkil qrupların cinayət yolu ilə əldə etdiyi maliyyə axınlarını bölüşdürüb. Murmanskda yerləşən koloniyaları birbaşa onun təsiri altında olub.

Stepan Furman 1963-cü ildə doğulub. O, dəfələrlə zorlama, oğurluq, soyğunçuluq, silah və narkotik saxlamaqda təqsirli bilinib.

Əlavə olaraq bildirək ki, Furman 2017-ci ildə Sankt-Peterburqda həbsdə olarkən huşunu itirib. Xəstəxanaya yerləşdirildikdən sonra özünə gələn zaman polislərin gözündən yayınaraq qaçıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.