Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra dövlətə xəyanət maddəsi ilə 3 cinayət işi açılıb. Bu cinayət işləri üzrə 24 hərbçi təqsirləndirilir.
Bu barədə Ermənistan Baş prokurorunun məsləhətçisi Qor Abramyan açıqlama verib.
Təqsirləndirilən şəxslərin məhkəmə iclasları dövlət sirrinə görə qapalı keçiriləcək.
Milli.Az