Ermənistanda 24 nəfər dövlətə xəyanətdə ittiham olunur

23 Fevral 2022 13:54

Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra dövlətə xəyanət maddəsi ilə 3 cinayət işi açılıb. Bu cinayət işləri üzrə 24 hərbçi təqsirləndirilir.

Bu barədə Ermənistan Baş prokurorunun məsləhətçisi Qor Abramyan açıqlama verib.

Təqsirləndirilən şəxslərin məhkəmə iclasları dövlət sirrinə görə qapalı keçiriləcək.

Milli.Az