Dünya

Gündüz Ukraynada, gecə Polşada - SƏBƏB

22 Fevral 2022 09:12
0 Şərh     Baxış: 1 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada fəaliyyət göstərən amerikalı diplomatlar təhlükəsizlik məqsədi ilə gecəni Polşada keçirəcək, səhər isə Lvova işə qayıdacaqlar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

"Dövlət Departamenti ABŞ vətəndaşlarının, o cümlədən öz əməkdaşlarının təhlükəsizliyi üçün yeni tədbirlər görür. Təhlükəsizlik məsələsinə görə, Departamentin Lvovda olan heyəti gecəni Polşada keçirəcək. Onlar diplomatik xidmət aparmaq üçün müntəzəm olaraq Ukraynaya gələcək və gecə Polşaya qayıdacaqlar" - deyə Blinken qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.