Dünya

Sevgililər günündə ŞOK YAŞADI: Əri ona ELƏ hədiyyə aldı ki... - FOTO

16 Fevral 2022 12:54
1 Şərh     Baxış: 2 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngilətərədə ər arvadına sevgililər gününə soğan alıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, 53 yaşlı Con Mask evə soğan dəstəsi ilə gələn zaman həyat yoldaşı çox çaşqın vəziyyətə düşüb. Məsələ ondadır ki, Mask elə bilib ki, bu soğanlar nərgiz gülünün soğanlarıdır. Düşünüb ki, onları suya qoyduqları təqdirdə bir müddət sonra çiçək açacaqdır. Amma həyat yoldaşı ona bunun yeyilə bilən soğan olduğunu dedikdən sonra kişi səhv etdiyini anlayıb.

Səkkiz uşaq anası olan 53 yaşlı Donna isə etiraf edib ki, bu onun həyatında ən pis sevgililər günü hədiyyəsi olmaqla bərabər uşaqları də da atalarının bu hərəkətinə çox gülüblər.

Soğanların çiçək açmayacağına əmin olan Donna onları yemək bişirmək üçün istifadə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.