Dünya

Ukraynadakı ABŞ diplomatları Lvova köçür

13 Fevral 2022 21:29
0 Şərh     Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvin və digər diplomatlar paytaxt Kiyevdən Lvova köçürlər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Европейская правда" nəşri ABŞ-ın diplomatik mənbələrinə istinadla məlumat yayıb.

"Səfirliyin əsas komandası və bölmə rəhbərləri Lvovda işləyəcək. Kristina Kvin də Lvova köçür" - deyə ABŞ Dövlət Departamentindəki mənbə bildirib.
Bununla belə, qeyd olunub ki, səfirlik əməkdaşlarının yerdəyişməsi müvəqqəti tədbirdir və təhlükəsizlik təmin olunan kimi diplomatlar Kiyevə qayıdacaqlar. Səfirliyin texniki heyəti və təhlükəsizliyə cavabdeh olan şəxslər Kiyevdə qalıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.