Dünya

Rusiya MAXE-ləri iki qızı döyüb bıçaqladılar- SKANDAL

12 Fevral 2022 23:33
0 Şərh     Baxış: 1 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Moskva vilayətində hərbi qulluqçular onlara irad bildirən iki qızı əvvəlcə döyüb, daha sonra bıçaqlayıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə vilayətin Lübertsı şəhərində baş verib.

Məlum olub ki, şəhərin iki gənc qız sakini ərzaq mağazasından çıxarkən sərxoş əsgərlərlə qarşılaşıblar. Onlardan biri qızların ayaqlarına yıxılıb. Qızların bununla bağlı iradından qəzəblənən həmin əsgərlər yumruqları ilə onları əzişdirib, daha sonra bıçaqla zərbələr endiriblər.

Zərərçəkənlər birtəhər təcavüzkarların əllərindən qurtulub qaça biliblər. Hadisə yerinə gələn polis sərxoşları dərhal yaxalayıb. Bundan sonra əsgərlərin Rusiya ordusunda müqavilə əsasında qulluq etdikləri məlum olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.