Dünya

“Fitch”: "Türkiyədə bu il orta illik inflyasiya 41 %-ə yüksələcək"

12 Fevral 2022 14:00
0 Şərh     Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini "BB-"dən "B+"a endirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə reytinq agentliyi məlumat yayıb.

Agentlik Türkiyənin kredit reytinqi üzrə proqnozu isə "mənfi" olaraq təsdiqləyib.

Hesabatda həmçinin bildirilir ki, Türkiyə hökumətinin qorunan valyuta depozitləri, hədəflənən kredit və kapital axını tədbirləri də daxil olmaqla inflyasiyanın azaldılmasına yönəlmiş siyasətinin makroiqtisadi və maliyyə sabitliyi risklərini davamlı şəkildə azaldacağı gözlənilir.

"Bu ilin sonuna Türkiyədə inflyasiya 38 %, orta illik inflyasiya isə 41 %, gələn il 28 % olacağını gözləyirik", - agentlik qeyd edib.

Ötən il Türkiyədə istehlak qiymətlərin artımı 36,08 % təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.