Dünya

"Cinsi azlıq olduğum üçün zorakılığa məruz qaldım" - "Tesla"nı məhkəməyə verdi

3 Fevral 2022 13:54
0 Şərh     Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bloomberg yazır ki, "Tesla" qaradərili lezbiyan işçi tərəfindən məhkəməyə verilib.

Milli.Az xəbər verir ki, şirkətin Kailin Barker adlı keçmiş işçisi elektrik avtomobil istehsalçısını irqçilikdə ittiham edib. O, korporasiyanın ona edilən təhqirlərə məhəl qoymadığını, bunun həm də homofobiyadan qaynaqlandığını söyləyib.

Barkerin şikayəti, "Tesla"-nın öz fabriklərində irq, cinsi orientasiya və cinsi ayrı-seçkilik məsələlərinə məhəl qoymadığına dair bir sıra iddialardır. Barker iddia edir ki, həmkarı onu vurub təhqir edib. 25 yaşlı qadın "afro-amerikalı lezbian" olduğu üçün "fiziki, əqli və emosional zorakılığa" məruz qaldığını bildirib. Barker 2021-ci ilin fevralından oktyabr ayına qədər Tesla zavodunda işləyib və rəhbərliyə bir sıra şikayətlər etdikdən sonra işdən çıxarılıb.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.