Dünya

Qızıl unitazlar, 20 təyyarə, 30 pələng, 7000 avtomobil, hərəmxana...

2 Fevral 2022 18:18
3 Şərh     Baxış: 3 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bruney sultanı Həsənəl Bulkiya vaxtaşırı olaraq medianın gündəminə gəlir. Səbəb çox sadədir: bu Asiya hökmdarının var-dövləti hər an artır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 20 milyard dollarlıq sərvəti olan sultan dünyanın ən böyük sarayında yaşayır. 444 000 nəfər əhalisi olan ölkənin başçısının 20 təyyarəsi, 7000 lüks avtomobili var.   

1967-ci ildən ölkəyə rəhbərlik edən Bulkiya 1984-cü ildə özünə 1788 otaqlı saray tikdirdi. Ginnesin rekordlar kitabına düşən tikilinin dəyəri 1.5 milyard dollardan yuxarıdır. Bu sarayda 5 hovuz, qızılla üzlənmiş 257 vanna otağı, 300 baş atın saxlandığı tövlə, 30 Benqal pələngi olan zoopark mövcuddur. Vanna otaqlarındakı unitazlar da qızıldan tökülüb. 

Sultan cəmi 110 avtomobildən müntəzəm istifadə etsə də, qarajında 7000 maşın var. Onlardan:

604 Rolls-Royce,
452 Ferrari,
209 BMW, 
179 Jaguar,
21 Lamborghini,
11 Aston Martin,
6 Porsche,
11 Formula-1 bolidi
574 Mercedes Benz  və s. 

Sultanın qızılla üzlənmiş 1 "Boeing"lə 1 "Airbus"dan savayı 18 kiçik təyyarəsi və 2 lüks yaxtası var.

Bruney sultanı həm də hərəmxanası ilə məşhurdur. Qardaşı Cefri dünyanı gəzərək gənc qızları tapıb sultanın hərəmxanasını zənginləşdirir. Yeri gəlmişkən, Cefri hər gün orta hesabla 1 milyon dollar pul xərcləyir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.