Dünya

Özbəkistan girişdə ekspress-testi ləğv etdi

26 Yanvar 2022 17:18
0 Şərh     Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistan hakimiyyəti yanvarın 25-dən ölkəyə daxil olarkən koronavirusa görə məcburi ekspress-testlərin keçirilməsi qaydasını ləğv edib.

Qeyd edək ki, bu qayda 10 gün əvvəl, yanvarın 15-dən tətbiq edilirdi.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, bu qərar Özbəkistanda Koronavirusun Yayılması ilə Mübarizə üzrə Xüsusi Komissiya tərəfindən məcburi ekspress-testin tətbiqi sərnişinlər arasında böyük növbələrə və narazılıqlara səbəb olmuşdu. Üstəlik yoxlanışdan keçənlərin yalnız 1%-də test müsbət nəticə verirdi.

İndi Özbəkistana gələnlərin hamısı, əvvəlki kimi, yalnız girişdən 48 saat əvvəl edilən PCR testini təqdim etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.