Yeni qurbağa növü aşkarlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq bioloqlar qrupu Panamada qurbağanın yeni növünü aşkarlayıblar. Gənc isveçli fəal Qreta Tunberqin şərəfinə və onun iqlim böhranı ilə mübarizədə səylərinə görə bu yeni növə "Qreta Tunberq" adı verilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Qreta Tunberq" qurbağası (elmi adı "Pristimantis gretathunbergae sp.nov.") Cənubi Amerikada rast gəlinən suda-quruda yaşayan quyruqsuzlar növünə aid yağış qurbağaları qrupuna daxildir.
Tropik meşələrin qorunmasına və dayanıqlı inkişafına yardım edən ADOPTA qeyri-hökumət təşkilatının rəhbəri, bioloq Qvido Bergidonun sözlərinə görə, Panamanın endemiki olan yeni qurbağa növü yalnız Panama Respublikasında qeydə alınıb və Daryen əyalətinin, həmçinin mərkəzi Panamanın yüksək dağlarında yaşayır. Yəni yayılma sahəsi çox məhdud olan bu növün nəsli kəsilmək təhlükəsi var.
Panamanın Ətraf Mühit Nazirliyinin və ADOPTA qeyri-hökumət təşkilatının məlumatına görə, qurbağanın gözlərinin rənginin qara olması Mərkəzi Amerika yağış qurbağalarının unikal xüsusiyyətidir, onun yaxın "qohum"ları isə Kolumbiyanın şimal-qərbində məskunlaşır.
Bu qurbağaların nəslinin kəsilməsi təhlükəsi birbaşa iqlim dəyişmələri ilə bağlıdır. Temperaturun qalxması onların dağlıq yaşayış mühitini məhv edir, çünki bu region son illər ərzində artıq öz meşə örtüyünün 30 faizini itirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
XƏBƏR LENTİ
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır





