Dünya

Körfəz ölkələrində leysan ciddi problemlər yaradıb

2 Yanvar 2022 20:51
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə ölkədə iqlimə xas olmayan yağışlar ciddi fəsadlara yol açıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində 3 gündür davam edən yağışlar infrastruktura ciddi ziyan vurub. Şəhərlərin əksəriyyətində yağış kanalizasiyası nəzərdə tutulmadığı üçün nəqliyyatın və piyadaların hərəkəti iflic olub. Ən ağır vəziyyət Dubay, Abu-Dabi və Şarja şəhərlərində müşahidə olunur. Ekspertlər bildirirlər ki, leysana süni yağışyağdırma texnologiyasından ifrat istifadə səbəb olub.

Oxşar vəziyyət Küveytdə də müşahidə olunur. Ölkənin əksər ərazisində dərslər dayandırılıb. Oman sultanlığında isə əsas magistralları su basması nəticəsində şəhərlərarası əlaqə pisləşib.

Sinoptiklər əlverişsiz havanın yanvarın 5-dək davam edəcəyini bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.