Dünya

Saakaşvili gürcü müğənnidən nikahdankənar qızının olduğunu etiraf edib - FOTOlar

31 Dekabr 2021 14:15
0 Şərh     Baxış: 2 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yeni ildə mənim sevimli kiçik qızım, Birinci kanalda yayımlanan bayram konsertinin iştirakçısı Elis Mariya Saakaşvili anası ilə birlikdə sizləri salamlayacaq".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Gürücüstanın hazırda həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində yazıb.

O, ilk dəfədir nikahdankənar qızının olduğunu etiraf edib.

Məlumata görə, E.M.Saakaşvilinin anası Gürcüstan müğənnisi Sofiya Nijaradzedir. M.Saakaşvili feysbuk səhifəsində qızı və onun anası S.Nijaradzenin səhnədə çəkilən birgə fotolarını da paylaşıb.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü M.Saakaşvili 1993-cü ildə Niderland əsilli Sandre Rulovsla rəsmi ailə qurub. Onların Eduard və Nikoloz adlı iki oğlanları var.

Sabiq dövlət başçısı bu ilin oktyabrında Ukrayna parlamentinin deputatı Yelizaveta Yasko ilə də sevgi münasibətində olduğunu açıqlamışdı.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.