Dünya

Niderland gömrükçüləri 1,6 ton kokain tutublar

30 Dekabr 2021 08:03
0 Şərh     Baxış: 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderland gömrükçüləri Rotterdam limanında banan və sement yükünün arasında gizlədilmiş böyük partiya kokaini aşkar ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Avropanın ən böyük dəniz limanına gətirilmək üçün narkotik vasitə 3 böyük konteynerdə gizlədilib. Prokurorluğun məlumatına görə kütləsi 1,6 tondan çox olan kokainin bazar dəyəri 143 milyon dollardır. Narkotik vasitənin aşkar edildiyi konteynerlər Ekvadordan yola salınıb.

Niderlandın Gömrük Xidmətinin məlumatına görə 2020-ci ildə 49, cari ildə isə 68 ton narkotik vasitə aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.