Dünya

Putin dünyanı bölməyi təklif etdi: ABŞ razıdır?

27 Dekabr 2021 13:28
0 Şərh     Baxış: 1 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Baydenin administrasiyasında Rusiyaya güzəştə getməyin tərəfdarı olan insanlar var.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

Onun sözlərinə görə, Kremlin əsas məqsədi Qərb ölkələrini, ilk növbədə ABŞ-ı Ukrayna ərazisinə buraxmamaqdır:

"Putin dünyanı bölməyi təklif edir. ABŞ-dakı o şəxslər (Rusiyaya güzəştə getmək istəyənlər - red.) də deyirlər: gəlin belə edək, bura sizin, bura da bizim ərazimizdir".

Zaqorodnyuk vurğulayıb ki, "qırmızı xətlər" daha da dərinləşsə, bu, Rusiyanın Ukrayna ilə bağlı yeni tələblər irəli sürməsinə gətirib çıxaracaq:

"Rusiya Ukraynanı "İkinci Belarus"a çevirmək istəyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.