ABŞ Prezidenti Co Baydenin administrasiyasında Rusiyaya güzəştə getməyin tərəfdarı olan insanlar var.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk deyib.
Onun sözlərinə görə, Kremlin əsas məqsədi Qərb ölkələrini, ilk növbədə ABŞ-ı Ukrayna ərazisinə buraxmamaqdır:
"Putin dünyanı bölməyi təklif edir. ABŞ-dakı o şəxslər (Rusiyaya güzəştə getmək istəyənlər - red.) də deyirlər: gəlin belə edək, bura sizin, bura da bizim ərazimizdir".
Zaqorodnyuk vurğulayıb ki, "qırmızı xətlər" daha da dərinləşsə, bu, Rusiyanın Ukrayna ilə bağlı yeni tələblər irəli sürməsinə gətirib çıxaracaq:
"Rusiya Ukraynanı "İkinci Belarus"a çevirmək istəyir".
Milli.Az