Dünya

Dünya bu dəhşətli görüntülərdən danışır: uşaqlar da daxil olmaqla ən azı 35 yanmış cəsəd tapıldı - FOTOlar

26 Dekabr 2021 10:04
0 Şərh     Baxış: 3 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Myanmanın şərqindəki Karen ştatında yerləşən kəndlərin birinin yaxınlığında uşaqlar da daxil olmaqla ən azı 35 nəfərin yanmış meyitinin qalıqları tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Myanmar NOW" nəşri "Karen Milli Birliyi" (KNU) silahlı etnik qrupunun nümayəndələri və yerli sakinlərə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, hadisə yerində ilk olaraq yanan avtomobillərdən qatı tüstünün çıxdığı müşahidə olunub, lakin güclü alov səbəbindən insanların qalıqlarını tapmaq dərhal mümkün olmayıb.

KNU rəsmiləri insidenti cümə günü (24 dekabr - Red) ərazidə olan Myanma hərbçilərinin üzərinə atıb. Hələlik ölən insanların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.