Dünya

Gürcüstanın keçmiş Baş Qərargah rəisi Almaniyada saxlanılıb

19 Dekabr 2021 21:22
0 Şərh     Baxış: 911
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstan Ordusunun Baş Qərargahının keçmiş rəisi general Georgi Kalandadze Almaniyada saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, general Gürcüstan hakimiyyətinin tələbi əsasında Berlində tutulub.

G. Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib, onu bu vəzifəyə ölkənin keçmiş prezidenti Mixail Saakaşvili təyin edib.

Onun saxlanmanın səbəbi hələlik məlum deyil. Lakin G. Kalandadzeyə qarşı 2012-ci ildə Gürcüstanda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Kalandadze özü də son illər Ukraynada işləyir. O, kiçik bir qrup gürcü əsgəri ilə birlikdə 2014-cü ilin yayında Ukraynaya gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.