Pandemiya ilə mübarizə çərçivəsində bir sıra ölkələrdə yeni məhdudiyyətlər qüvvəyə minir. Cənubi Koreyada karantin tədbirləri gücləndirilir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gündən etibarən, əksər qapalı məkanlara, o cümlədən ictimai iaşə müəssisələrinə daxil olmaq üçün vaksinasiya sertifikatı və ya testin neqativ nəticəsi tələb olunacaq. Ötən həftə qüvvəyə minən sosial məsafə qaydalarına əsasən paytaxtda 6-dan, digər ərazilərdə isə 8-dən çox sakinin bir yerə toplaşmasına icazə verilmir. Karantin məhdudiyyətlərini pozan şəxslər cərimələnəcəklər.
Milli.Az