Dünya

Yaponiyada “Qızıl” heroqlifi ilin rəmzi seçilib

13 Dekabr 2021 21:10
0 Şərh     Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qızıl" heroqlifi Yaponiyada başa çatmaqda olan 2021-ci ilin rəmzi seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə dekabrın 13-də müsabiqənin təşkilatçısı olan Yaponiya Heroqlif Biliklərini Yoxlama Assosiasiyasının "Twitter" səhifəsində məlumat yayılıb. Bildirilir ki, həmin heroqlif, həmçinin "Pul" mənasını verir. Qeyd edilir ki, bu heroqlif assosiasiya tərəfindən elan edilən müsabiqəyə qatılanların ən çox səsini toplayıb.

"Müsabiqəyə daxil olan 223,7 min səs arasında "Qızıl" heroqlifi ən çox - 10,4 min və ya 4,66 faiz səs toplayıb", - deyə assosiasiyanın yaydığı məlumatda bildirilir.

İlin rəmzinin belə adlandırılmasının səbəbi kimi, cari yayda Tokioda keçirilən Olimpiya və Paralimpiya Oyunlarında yapon idmançıların ən çox qızıl medal qazanması göstərilir.

Bu heroqlifin seçilməsində Olimpiya Oyunlarının xüsusi rolunu ikinci yeri tutan "təkər, üzük, halqa" mənasını verən heroqlifin seçilməsi də təsdiq edir.

Yeni seçilən heroqlif Kioto şəhərində yerləşən məşhur Kiyomizu buddist məbədinin rahibi tərəfində 1,5x1,3 metr ölçüdə "vasi" vərəqinə çəkilib. Bu heroqlifin çəkilməsi üçün Hiroşima prefekturasından olan ağ atın quyruğundan hazırlanan 4,5 santimetr enində fırçadan və Nara prefekturasında hazırlanan tuşdan istifadə edilib.

Məlumat üçün qeyd edək ki, 2020-ci ildə Yaponiyada ilin rəmzi olaraq "darısqallıq" heroqlifi seçilmişdi. Bunun həmin vaxt Yaponiyada da geniş yayılan koronavirus pandemiyası ilə əlaqədar olduğu və insanları sıx toplaşma yerlərindən uzaq olmağa çağırdığı qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.