Dünya

Belarusdan Polşaya qanunsuz keçmək cəhdləri davam edir

9 Dekabr 2021 22:51
0 Şərh     Baxış: 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Miqrantlar Belarusdan Polşa ərazisinə qanunsuz keçmək cəhdlərini davam etdirirlər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb. Dekabrın 8-də bu ölkənin Belarusla sərhədini keçməyə 80 cəhd qeydə alınıb. Müdafiə nazirliyinin yaydığı məlumata görə, mühacirlər özlərini aqressiv aparır, əsgərlərə hücum edirlər. 23 miqrant barəsində ölkədən çıxarılma qərarı verilib.

Qeyd edək ki, Polşa-Belarus sərhədində miqrant böhranı noyabrın 8-də, minlərlə qaçqın həmin əraziyə toplaşanda gərginləşib. İl ərzində Polşa sərhədçiləri 40 mindən çox sərhədi qanunsuz keçmə cəhdinin qarşısını alıblar. Bu, ötən illə müqayisədə 400 dəfə çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.