Dünya

2023-cü ildə dünyanın turizm paytaxtı Səmərqənd şəhəri seçildi

6 Dekabr 2021 18:06
0 Şərh     Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, bu haqda Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov məlumat verib. O deyib ki, BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyası 2023-cü ildə Səmərqənddə keçiriləcək. Sessiyaya 1000-dən çox qonağın gələcəyi gözlənilir.

A.Abduhakimov bildirib ki, artıq tədbirin hazırlıq işlərinə başlanıb. Yeni mehmanxanaların, restoranların tikintisi planlaşdırılır. Tikilməkdə olan "Samarkand Touristic Centre" 212 hektar sahəni əhatə edəcək. "New Renaissance" adlı konqress-hollda mehmanxanalar, restoranlar və digər xidmət obyektləri olacaq.

Baş nazirin müavini deyib ki, növbəti sessiyanın Səmərqənddə keçirilməsi ölkənin turizm sahəsinin inkişafına güclü təkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.