Dünya

Əfsanəvi futbolçu ölümlə hədələndi

1 Dekabr 2021 19:07
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın əfsanəvi futbolçusu Andrey Kançelskis ölümlə hədələnib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis özü bununla əlaqədar polisə şikayət edib.

"Mançester Yunayted"in sabiq futbolçusunun dediyinə görə, restoranların birində şam yeməyi zamanı naməlum şəxslər ona yaxınlaşaraq, Özbəkistanın "Navbahor" klubuna qarşı tələblərini azaltmağı tapşırıb. Onlar baş məşqçisi olduğu komandadan ötən il ayrılan və FİFA-ya şikayət edən Kançelskisin 1,6 milyon avroluq borcda endirimə getməsini istəyib.

Həmin şəxslər Andredən təzminatı 80 min avroya düşürməyi tələb edib və əlaqə saxlamaq üçün ona üzərində telefon nömrəsi yazılan bir kağız veriblər. Hətta bundan imtina edəcəyi təqdirdə, onu öldürmək və ya şikəst etməklə hədələyiblər.

Bu hədədən qorxmayan Kançelskis polisə şikayət edib. Məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.