Dünya

“Sərhədlərin bağlanması koronavirusun yayılmasını dayandırmayacaq” - ÜST

1 Dekabr 2021 09:48
0 Şərh     Baxış: 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səyahətlərə tam qadağanın tətbiqinin koronavirusun yayılmasının qarşısını ala bilməyəcəyini bəyan edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, "hərtərəfli səyahət qadağası koronavirusun beynəlxalq miqyasda yayılmasının qarşısını almayacaq, lakin bu, həyat və dolanışıq vasitələri üçün ağır çətinliklər yaradacaq", - deyə təşkilatdan bildirilib.

Yeni "omikron" ştammının tapılması ilə əlaqədar ÜST ölkələrə risklərin düzgün qiymətləndirilməsi və yalnız sübut olunmuş məlumatlar əsasında səyahət qadağaları tətbiq etməyi məsləhət görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.