Hava

Ölkə ərazisində kəskin isti nə vaxt bitəcək?

27 İyun 2021 12:41
0 Şərh     Baxış: 146 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Milli.Az-a verilən məlumata görə, iyunun 27-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti günəşli və isti keçib.

Şərq küləyi Tovuzda 22, Naxçıvanda 18, Biləsuvar, Şabranda 16 m/s-dək güclənib. İyunun 26-da havanın maksimal temperaturu Bakıda, Abşeron yarımadasında, aran rayonlarında, Naxçıvan MR-da 42, dağlıq rayonlarda 31 dərəcəyədək yüksəlib. Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək. Cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

İyunun 30-da havanın temperaturu tədricən 4-5 dərəcə enərək 30-34 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.