Kulinariya

Üstü xırt-xırt, içi yumşaq ləzzət: Hollandsayağı kartof qızartması

7 Noyabr 2025 07:35
Baxış: 307
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hollandiya mətbəxinin ən sevilən qəlyanaltılarından biri olan "Patat Frites" üstü qızarmış və xırtıldayan, içi isə yumşaq olan teksturası ilə məşhurdur. Ölkədə "friteshuis" adlanan kiçik qızartma dükanlarında iki mərhələdə qızardılan bu kartoflar müxtəlif souslarla birlikdə servis edilir.

Milli.Az bu ləzzətin evdə hazırlanma qaydasını təqdim edir:

Tərkibi

4 ədəd iri kartof

1 litr günəbaxan yağı

Duz

Servis üçün: mayonez, ketçup və ya Hollandiyanın məşhur fıstıq sousu (satay sousu)

Hazırlanma qaydası

Kartofları soyub qalın-uzunsov şəkildə doğrayın.

Nişastasının çıxması üçün doğranmış kartofları ən az 30 dəqiqə soyuq suda saxlayın.

Kartofları yaxşıca qurulayın.

Birinci qızartma: Yağı 160°C-ə qədər qızdırın və kartofları 5-6 dəqiqə qızardın. Kartoflar yalnız yumşalmalıdır, rəng almamalıdır.

Kartofları çıxarıb soyumağa qoyun.

İkinci qızartma: Yağı 190°C-ə qədər qızdırın və kartofları qızıl rəng alana qədər yenidən qızardın.

Kağız dəsmalların üzərinə sərin, duzlayın və isti halda servis edin.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.