İdman

“Ondan daha məşhuram”

7 Noyabr 2025 07:07
Baxış: 2 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo ABŞ Prezidenti Donald Trampdan qat-qat populyar olduğunu iddia edib.

Milli.Az xəbər verir ki, ulduz futbolçu bu haqda jurnalist Pirs Morqanla müsahibəsində danışıb.

40 yaşlı futbolçu "Mən Trampdan daha məşhuram, dünyanın ən tanınmış adamıyam. Məndən daha məşhur olanın adını çək" deyib.

Qeyd edək ki, ötən mövsüm Ronaldo "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 41 matçda 35 qol vurub və 4 məhsuldar ötürmə edib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.