Türkiyə

Azərbaycanda türk bazası bu cür qurularsa... - Alman ekspert

21 Sentyabr 2021 15:48
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda türk hərbi bazasının yaradılması mümkündür, lakin bunun gərginliyin qarşısını almaq üçün Moskva ilə razılaşdırılması daha yaxşı olardı.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a alman mütəxəssis Tobias Pfenniq Azərbaycanda türk hərbi bazasının yaradılması ehtimalı haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskva da Qarabağın Azərbaycana qaytarılmasında ən azından Ermənistan tərəfindəki savaşa açıq müdaxilə etməməklə öz dəstəyini göstərib:

"Bu səbəbdən üçtərəfli razılaşma ən optimal variant olaraq qalmaqdadır. Çünki Türkiyənin Suriyada geri çəkilməsi və ya Liviyadakı güc payı kimi, Azərbaycanda hərbi iştirakı müqabilində təklif edəcəyi çox şey var. Söhbət hazırda sövdələşmələrin detallarını müəyyən etmək üçün Türkiyənin Rusiya ilə nə qədər yaxşı oynaya biləcəyidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.