Türkiyə

Oteldə baş verən yanğında jurnalist və ailəsi itkin düşdü - FOTO

21 Yanvar 2025 16:02
Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur xizək kurortu Kartalkayada yerləşən "Grand Kartal" otelində gecə saatlarında baş verən yanğında 10 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.

Milli.Az Türk mediasına istinadən xəbər verir ki, yanğında ailəsi ilə birlikdə oteldə qalan "Sözcü" qəzetinin yazarı, jurnalist Nedim Türkməndən isə xəbər yoxdur.

Türkmenin qızı Ala Türkmenin yanğın anında göndərdiyi son mesaj ortaya çıxıb:

"Grand Kartal otağı 9013, eniş zolağına baxan tərəfdə yanğında qapalı qaldıq. Ailəmizdən xəbər yoxdur. Təcili yardım" .

Hadisə ilə bağlı axtarış-xilasetmə işləri davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.