Türkiyə

41 yaşlı ana və qızı eyni gündə ana oldular - FOTO

28 Noyabr 2024 19:29
Baxış: 1 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Samsun şəhərində qəribə hadisə yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı Ebru Salbacak və onun 22 yaşlı qızı Mələk Doğanay eyni vaxtda ana olublar. Bu nadir hadisə həm ailə üzvləri, həm də tibbi heyət üçün maraqlı və sevindirici anlar yaşadıb.

Ebru Salbacak üçüncü övladını - Melina adlı qız uşağını, Mələk Doğanay isə ilk övladı Kuzey adlı oğlunu dünyaya gətirib. Ana və qız, həm ana, həm nənə, həm də bacı olmağın sevincini eyni vaxtda yaşayıblar.

Hadisə ilə bağlı danışan Ginekoloq bildirib ki,  belə bir vəziyyət çox nadir hallarda baş verir:

"Peşəkar həyatımda belə bir şeylə qarşılaşmamışdım. Əvvəl ana, sonra qızı doğum həyata keçirdi. Bu, bizim üçün də çox maraqlı bir hadisə idi."

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.