Türkiyənin Samsun şəhərində qəribə hadisə yaşanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı Ebru Salbacak və onun 22 yaşlı qızı Mələk Doğanay eyni vaxtda ana olublar. Bu nadir hadisə həm ailə üzvləri, həm də tibbi heyət üçün maraqlı və sevindirici anlar yaşadıb.
Ebru Salbacak üçüncü övladını - Melina adlı qız uşağını, Mələk Doğanay isə ilk övladı Kuzey adlı oğlunu dünyaya gətirib. Ana və qız, həm ana, həm nənə, həm də bacı olmağın sevincini eyni vaxtda yaşayıblar.
Hadisə ilə bağlı danışan Ginekoloq bildirib ki, belə bir vəziyyət çox nadir hallarda baş verir:
"Peşəkar həyatımda belə bir şeylə qarşılaşmamışdım. Əvvəl ana, sonra qızı doğum həyata keçirdi. Bu, bizim üçün də çox maraqlı bir hadisə idi."
Fidan
Milli.Az