Türkiyə

Türkiyəda güclü zəlzələ oldu

25 İyun 2024 07:36
Baxış: 3 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin qərbində yerləşən Manisa şəhərində 5 maqnitudalı zəlzələ olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.

Məlumata görə, yeraltı təkanların ocağı 12,7 km dərinlikdə yerləşib. Zəlzələ yerli vaxtla 01:36-də (Bakı vaxtı ilə 02:36) qeydə alınıb. Təbiət hadisəsinin episentri Soma yaşayış məntəqəsində olub.

Ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi zəlzələni 4,8 maqnitudada qiymətləndirib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.