Türkiyə ordusu Ağrı və Batman çöllüyündə "Bozdoğan-43" əməliyyatı keçirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Əli Yerliqaya "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyatda qırmızı və narıncı kateqoriyada axtarışda olan 5 terrorçu məhv edilib.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, regionda terrorçularla mübarizə qətiyyətlə davam etdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun