Türkiyə ordusu 5 terrorçunu məhv etdi

20 İyun 2024 11:45

Türkiyə ordusu Ağrı və Batman çöllüyündə "Bozdoğan-43" əməliyyatı keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Əli Yerliqaya "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyatda qırmızı və narıncı kateqoriyada axtarışda olan 5 terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, regionda terrorçularla mübarizə qətiyyətlə davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun