Türkiyənin qadınlardan ibarət milli komandasının voleybolçuları Millətlər Liqası üçün ABŞ-yə təyyarənin ekonom sinfində yollanması etirazlara səbəb olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yığmanın üzvləri Ebrat Karakurt, Zəhra Günəş və Eda Erdem bununla bağlı instaqramda paylaşım ediblər.
E.Karakurt "başqa komandalara gəlincə özəl təyyarə, biz gəlincə ekonom sinif" sözləri ilə federasiyaya etirazını bildirib.
Z.Günəş isə "ən azından koridor ayırmısınız" paylaşımını edib.
Eda Erdem paylaşımında "komanda üzvlərini tapın" sözlərini yazıb.
Voleybolçular Türkiyənin kişi milli komandasının Ermənistana xüsusi təyyarə ilə yollanmasına işarə ediblər.
Onların bu paylaşımları sosial şəbəkə istifadəçilərinin də Türkiyə Voleybol Federasiyasına etiraz etməsinə gətirib çıxarıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun