Türkiyə

Plastik əməliyyatının pulunu verməmək üçün klinikadan BELƏ QAÇDI - VİDEO

5 Aprel 2024 20:48
Baxış: 2 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərində qeyri-adi hadisə baş verib: plastik əməliyyat etdirən qadın prosedurun pulunu ödəməmək üçün özəl xəstəxanadan qaçmağa cəhd edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə yoldan keçənlərin çəkdiyi video sosial şəbəkələrdə geniş rezonans doğurub.

Videoda xəstəxana xalatı və başmaqlı qadının qaçmasına mane olmağa çalışan tibb işçiləri ilə mübahisə etdiyi görünür. Qadının üzü çox şişib və sarğı ilə örtülüb. Türkiyənin NTV nəşri xəbər verir ki, kimliyi açıqlanmayan xəstə Türkiyəyə xüsusi olaraq üzündə plastik əməliyyat etdirmək üçün gəlib.

İlkin məlumata görə, əməliyyat başa çatdıqdan və yeriyə bildikdən sonra qadın hesabı ödəmədən klinikanı tərk etməyə cəhd edib. Xəstəxana işçiləri onun getdiyini görüb və qaçmasına mane olublar. Münaqişə yaranıb və təhlükəsizlik əməkdaşları qadına tibb müəssisəsini tərk etməyə imkan verməyib.

Vəziyyətin həlli ilə bağlı təfərrüatlar açıqlanmır və bu qeyri-adi hadisənin necə başa çatdığı hələ də qeyri-müəyyən olaraq qalır. Hadisəyə diqqətin geniş olması tibbdə etika ilə bağlı məsələlərin, xəstələrlə tibb müəssisələri arasında müqavilələrə əməl olunmasının vacibliyini vurğulayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.