Türkiyə

Sudan liderinin oğlu Ankarada qəzaya düşdü, vəziyyəti ağırdır

8 Mart 2024 09:15
Baxış: 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhanın oğlu Mohamed Abdel Fattah Al-Burhan Rəhman Ankarada qəzaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, o idarə etdiyi motosikletlə avtomobilə çırpılıb.

Hadisə zamanı motosiklet aşıb və Rəhman yerə yıxılıb.

Ağır yaralanan Rəhman təcili yardım maşını ilə Bilkənd Şəhər Xəstəxanasına aparılıb.

Avtomobilin sürücüsü saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.