Türkiyə

Türkiyə Nazirlər Kabinetinin iclasında F-16 alış prosesi müzakirə ediləcək

5 Mart 2024 06:40
Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Milli.Az-n TurkicWorld-ə istinadən məlumatına görə, iclasda prioritet mövzu Türkiyə iqtisadiyyatıdır.

Məlumata əsasən, martın 31-də keçiriləcək seçkilərin təhlükəsiz şəraitdə olması üçün görüləcək tədbirlər də müzakirə ediləcək.

Bundan əlavə, F-16 təyyarələrinin ABŞ-dən satınalma prosesi də müzakirə olunacaq mövzular arasındadır.

Qeyd edək ki, 29 fevral tarixində ABŞ-nin 40 ədəd yeni F-16 Blok-70-lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi "Təklif və Qəbul Məktublarının Layihəsi" Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya "F-16" satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.