Türkiyə

Türkiyəli kosmonavtın Yerə enməsi 3-cü dəfə təxirə salındı

6 Fevral 2024 11:20
Baxış: 1 034
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin ilk astronavtı Alper Gezervacının Yerə enməsi yenidən təxirə salınıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə məlumatı "SpaceX" özünün "X" hesabında paylaşıb.

Məlumata görə, ABŞ-nin Florida ştatı sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən "Dragon"un fevralın 6-da Kosmik Stansiyadan ayrılmasını dayandırılıb. Kosmik gəmi və "Ax-3" heyəti sağlamdır.

Xatırladaq ki, fevralın 3-də "SpaceX" qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı. Ondan bir gün sonra bildirildi ki, "Crew Dragon" kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq.

Qeyd edək ki, "Crew Dragon" kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.