Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının dəstəyi ilə dostluq konserti baş tutub.
Konsertin açılışında pianoçu, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə səhnəyə çıxaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb və hər iki filarmoniya arasında yaradıcı əməkdaşlığın vacibliyini vurğulayıb. Ardınca Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Yaqut Quliyeva səhnəyə dəvət olunaraq bu tədbirin həm mədəni, həm də maarifləndirici dəyərinə toxunub, təşkilatçılara və ev sahibinə təşəkkürünü bildirib. O, NDUF-nın yaranmasından, fəaliyyətindən, yetirmələrndən söz açıb. Qeyd edək ki, NDUF 2010-cu ildən fəaliyyət göstərir.
Konsertdə Naxçıvan Dövlət Uşaq Filarmoniyası və Azərbaycan Dövlət Uşaq
Filarmoniyasının yaradıcı kollektivləri bir-birindən maraqlı və rəngarəng musiqi proqramları təqdim ediblər. Ölkədə yalnız Bakı və Naxçıvanda fəaliyyət göstərən Uşaq Filarmoniyaları ilk dəfə olaraq birgə konsert proqramı ilə çıxış ediblər.
Konsertin əsas məqsədi müəssisələr arasında qarşılıqlı yaradıcı əlaqə qurmaq, birgə layihələrin inkişafına şərait yaratmaq və gənc istedadların potensialını daha geniş auditoriyaya təqdim etməkdir.
Proqram çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Rəqs Ansamblı (bədii rəhbər Quliyev Məhəmməd), vokal sinfi - solist Əlizadə Leyla (müəllim Aslanova Leyla), eləcə də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu (baletmeyster Bağırova Nurdan) və solistlər - Vəliyev Namiq, Hüseynov Məcid, Əkbərov Elxan, Hüseynquliyeva Məryəm, Əkbərov Yusif, Seyidova Rəbiyyə, Orucova Yağmur, Qulusoy Bilal çıxış ediblər.
Tədbirin sonunda Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Yaqut Quliyeva yenidən səhnəyə çıxaraq hər iki qurumun kollektivinə, iştirakçılara və qonaqlara təşəkkürünü bildirib. O, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadəni və filarmoniyanın direktor müavini Muradzadə Leylanı səhnəyə dəvət edərək göstərdikləri dəstəyə görə onlara xüsusi minnətdarlığını çatdırıb və hər ikisinə hədiyyələr təqdim edib.
Daha sonra qonaqlar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdürü Lətifov Məhərrəm, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova və Sərxan Bünyadzadə səhnəyə dəvət olunaraq öz ürək sözlərini bölüşüblər. Konsert isə onların birlikdə "Yaşa Azərbaycan" mahnısını səsləndirməsi ilə möhtəşəm şəkildə tamamlanıb.
Bu konsert iki qurum arasında yeni yaradıcı əməkdaşlıq körpüsünün qurulmasına, həmçinin uşaqların səhnə təcrübəsinin və yaradıcılıq imkanlarının daha da zənginləşməsinə töhfə verib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Naxçıvan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qonağı olub - FOTO
18 Noyabr 2025 19:12
Baxış: 1 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Muğam Televiziya Müsabiqəsinin qalibləri konsert ilə çıxış edib - FOTO
-
“İşığa doğru”: Azərbaycan rəssamları İtaliyada möhtəşəm sərgi ilə çıxış etdi - FOTO
-
Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat
-
Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR
-
Akif İslamzadə uzun zaman sonra görüntüləndi - FOTO
-
Elman Rəfiyev “Teatr fədaisi” mükafatına layiq görüldü - FOTO
XƏBƏR LENTİ
-
Muğam Televiziya Müsabiqəsinin qalibləri konsert ilə çıxış edib - FOTO
-
Vüsalənin bu VİDEOsu müzakirə yaratdı
-
Baş nazir Əli Əsədov Ünal Üstel ilə görüşdü
-
Sabah bu rayonda qaz KƏSİLƏCƏK
-
Rusiya Azərbaycana təşəkkür etdi
-
ABŞ və İsrail İranı vurdu
-
Aysel Əlizadə əməliyyat olundu
-
Yaponiyalı azarkeşlərdən nümunəvi davranış
-
Yeni çəkilən yol niyə ÇÖKDÜ? - RƏSMİ - YENİLƏNİB
-
Bahar Lətifqızının efirdə göz yaşları "sel oldu" - VİDEO
-
Hizbullah komandiri öldürüldü
-
Rusiyada faciə: Ölən və yaralananlar var
-
Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
-
Sınaq imtahanı təşkil ediləcək
-
Masallıda faciə: Baba və nəvənin yanaraq öldüyü evdən görüntülər - YENİLƏNİB - VİDEO
-
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
-
Elxan Mikayılov yüksək vəzifədən azad EDİLDİ
-
Birinin saatı 59, o birinin 229 min manat... - FOTO
-
Bakıda cibgirlik edən 64 yaşlı şəxs saxlanıldı - ANBAAN VİDEO
-
Qarabağ zəfərinin strateji ssenarisi Apreldə yazıldı - Azər Qarayev
-
Lamin Yamal azarkeşlərə etiraz etdi
-
Mina partladı: Xəsarət alan var - YENİLƏNİB
-
“Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başa çatıb
-
“Bu şəhərdə”də Bəyazı parodiya etdilər - VİDEO





