Türkiyə

Türkiyədə bu partiya Cümhur İttifaqından ayrıldı

3 Fevral 2024 17:21
Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə bələdiyyə seçkilərində Yenidən Rifah Partiyası (YRP) Cümhur İttifaqı ilə birgə hərəkət etməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu YRP-nin sədri Fateh Ərbakan deyib.

"Bununla bağlı partiya daxilində müzakirələr apardıq. Müzakirələrin nəticəsində bir neçə səbəb bizi bu addımı atmağa vadar etdi. Öncə bələdiyyə seçkilərinin 14 may (prezident) seçkilərindən fərqləndiyini gördük. Ötənilki prezident seçkilərində millətimiz bizdən fədakarlıq istədi və biz də partiya olaraq Cümhur İttifaqına qoşulduq. Ancaq bələdiyyə seçkilərində ayrı yolla davam etməyimiz daha münasibdir. İkinci səbəb də odur ki, təşkilatlarımızın 95 faizi ittifaqdan ayrılmağımızı istəyirdi. Səbəblərdən biri də hakim AKP-nin bizə ədalətli təkliflər etməməsidir. Buna görə də seçkilərdə Cümhur İttifaqından ayrılmaq, Ankara, İstanbul və İzmirdə öz namizədlərimizi irəli sürmək qərarına gəldik. Bu 3 şəhər üzrə namizədlərimizi fevralın 10-da Ankarada açıqlayacağıq", - partiya sədri qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.